You have 0 Item(s) in your cart. Total : £0.00

HAQQIMIZDA

HomeHAQQIMIZDA

BİZİM MİSSİYAMIZ

" Təmiz Şəhər " ASC-nin 9 iyun 2014-cü il tarixli qərarı ilə " Ekokat " MMC Sənayə Parkının rezidenti qismində qeydiyyata alınmış və bu barədə rezidentə müvafiq şəhadətnamə verilmişdi.
- " Ekokat " mmc-nin fəaliyyəti haqda məlumat:
Azərbaycan Respublikası Prezidentinin Abşeronun və Xəzər hövzəsinin neft tullantılarından təmizlənməsi barədə verdiyi tövsiyyə və göstərişləri nəzərə alaraq, yeni yaradılmış " Ekokat " MMC Respublikada bir sıra tanınmış alim və mütəxəssiləri ( xüsusən Azərbaycan Milli Elmlər Akademiyasında işləyən mütəxəssisləri ) cəlb edərək bu sahədə geniş tətqiqat və araşdırmalar aparmış və müəyyən etmişdir. Böyük təhlükə mənbəyi olan işlənmiş yağların (xüsusilə də işlənmiş motor yağlarının ) idarə edilməsinə demək olar ki, diqqət yetirilməmişdir. Qeyd edək ki, dünyanın bütün qabaqcıl ölkələrində işlənmiş yağların mərkəzləşmiş qaydada toplanmasına və regenerasiya olunmasına böyük önəm verilir. Xüsusən dünyada neft ehtiyatlarının getdikcə azalması səbəbindən bu məsələ daha da aktual xarakter daşıyır. " Ekokat " MMC mütəxəsisləri məişət tullantılarının utilizasiya edilməsi məqsədi ilə Respublika Prizidentinin Balaxanı Sənayə Parkının yaradılması barədə sərəncamını böyük ruh yüksəkliyi ilə qarşılamış və işlənmiş yağların utilizasiyası ilə məşğul olan qabaqcıl Avropa və Asiya ölkələrinin zəngin təcrübəsi ilə yaxından tanış olmuş, Azərbaycanda işlənmiş yağların çeşidindən asılı olaraq ( motor, transmissiya, hidravlika və s. ) ayrılıqda yığılma mədəniyyətinin hələ formalaşmadığını nəzərə alaraq, bu yağların toplum vəziyyətdə regenerasiyasını həyata keçirməyə imkan verən universal qurğuların istehsalı ilə məşğul olan qabaqcıl bir şirkəti ilə müqavilə bağlamış və bu barədə " Təmiz Şəhər " ASC rəhbərliyinə müraciət etmişlər. Sənayə parkının ekspertləri qurğunun iş prinsipləri və texnologi parametrlərini dünyada bu sahədə mövcud olan qabaqcıl texnologiyalarla müqasiyəli təftişini aparmış, təklif edilən prosesin tam təhlükəsiz və tullantısız olmasına əmin olmuşdur. Qarşılıqlı razılıqla " Ekokat " MMC ilkin mərhələdə istehsal gücü ayda 250 ton olan regenerasiya qurğusunu sifariş edərək Balaxanı Sənayə Parkının ərazisinə gətirmişdir.
4
icon

СОЛИДОЛ Ж

Neftdən hasil edilən orta özlülüklu yağ distillatları qarışığını, təbii bitki yağlarının tərkibinə daxil olan yağ turşularının hidratlaşmış kalsium duzları ilə dispers sistemindən ibarətdir.
icon

ЛИТОЛ

Xalis çəkisi 7 KQ-dır. Zəmanətli istehsal tarixi isə 5 ildir. Lithol-24 metal-metal sürtünmə qurğuları üçün hazırlanmış yaxşı qoruyucu xüsusiyyətləri olan çox məqsədli bir yağdır. Çox məqsədli yağlar bütün əsas komponentlərin işlənməsində istifadə olunur.
icon

ЛЗ ЦНИИ

LZ-TsNII sürtkü yağları antifriction dəmir yağıdır. Əsas performans xüsusiyyətləri: Yaxşı aşınma və aşırı təzyiq xüsusiyyətləri; qatılaşmanın istiliyi; zəif su müqaviməti; qoruma xüsusiyyətlərinin kifayət qədər olmaması. 60 + 100 ° C temperaturda işləyir
icon

УССА ГРАФИТ СМАЗКА

УСсА Графит sürtkü yağı, açıq dişli, tırtıl maşınları və digər ağır yüklü və yavaş hərəkət edən mexanizmlərin burulma pandantlarında istifadə olunur.

ƏMƏKDAŞLARIMIZ:

Created by: DesignArc